
Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz