“Cimbom” “Fənər”i belə məğlub etdi – Video


Ötən gecə Türkiyə Superliqasının IX turu çərçivəsində “Qalatasaray” və “Fənərbağça” arasında İstanbul derbisi baş tutub.
Yeniavaz.com
xəbər verir ki, “Cimbom”un meydanında baş tutan görüş “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində qolları 29 və 44-cü dəqiqələrdə Viktor Osimhen vurub.
“Sarı-lacivərtlilər”in yeganə qolunu isə 62-ci dəqiqədə İrfan Can Kahveci vurub.
Bu nəticə ilə “Qalatasaray” xallarının sayını 22-ə çatdırıb və liqada liderliyini davam etdirib. “Fənərbağça” isə 16 xalla 5-ci pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top