Rubio kubalılara səsləndi – “MKİ ilə əməkdaşlıq edin”


ABŞ dövlət katibi Marko Rubio kubalıları adada “arzu olunan dəyişiklikləri” həyata keçirmək üçün Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlıq etməyə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə sosial şəbəkə səhifəsində bildirib.
“Bu fürsətdən istifadə edərək, MKİ ilə əməkdaşlıq edin və istədiyiniz dəyişikliyi həyata keçirin”, - Rubio qeyd edib.
O, müraciətin “Kubada müsbət dəyişikliklərə can atanlara” ünvanlandığını bildlrib. Siyasətçinin sözlərinə görə, “indi bunun vaxtıdır”.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Florida ştatının Fort Mayers şəhərində keçirilən seçki kampaniyası zamanı ABŞ-nin İrandan sonra Kuba məsələsini həll edəcəyini bildirmişdi. O, Amerika gəmilərinin adanın yanından keçəcəyini, onlardan birinin sahildən təxminən 50 metr aralıda dayanacağını və bundan sonra ABŞ dövlət katibi Marko Rubionun danışıqlara qoşulacağını bildirmişdi.
Rubio özü isə Kuba hakimiyyətini respublika ərazisini Vaşinqtonun düşmənləri olan ölkələrin kəşfiyyat xidmətlərinin nümayəndələrinə verməkdə günahlandırır.

DİGƏR XƏBƏRLƏR

Top