Koçaryanın oğlunun həbs müddəti uzadıldı


Ermənistanın Antikorrupsiya Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryanın həbs müddətini uzadıb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə onun vəkili Akop Kureqyan məlumat verib.
“Məhkəmə Koçaryanın həbs müddətini iki ay uzadıb. Məhkəmə sisteminə edilən təzyiqi nəzərə alsaq, bu məqamda başqa bir şey gözləmək çətin idi”, - deyə o, jurnalistlərə bildirib.
Vəkilin sözlərinə görə, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.
Qeyd edək ki, Sedrak Koçaryan 25 avqust 2026-cı il tarixəd Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində saxlanılıb. 26 avqustda isə onun haqqında iki aylıq həbs qətimkan tədbiri seçilib.
O, xüsusilə külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi və eləcə də, xüsusilə külli miqdarda rüşvət alınmasında ittiham olunur.

DİGƏR XƏBƏRLƏR

Top