“PAŞA Bank Gürcüstan”ın mənfəəti 5,6 dəfə artıb


Gürcüstanda fəaliyyət göstərən bankların 2026-cı ilin ilk 9 ayında əldə etdiyi ümumi xalis mənfəət 2,9 milyard lariyə (1,1 milyard dollar) çatıb.
Yeniavaz.com
Gürcüstan Milli Bankına təqdim edilən maliyyə hesabatlarına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 480 milyon lari və ya 20% çoxdur.
Ölkədə fəaliyyət göstərən 19 bankdan 15-i hesabat dövrünü mənfəətlə, 4-ü isə zərərlə başa vurub.
Mənfəət reytinqində “Gürcüstan Bankı” 1 milyard 445 milyon lari (550,4 milyon dollar) xalis mənfəətlə ilk pillədə qərarlaşıb. Bankın mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 20% artıb.
İkinci yerdə 1 milyard 63 milyon lari (404,9 milyon dollar) mənfəətlə “TBC Bank” qərarlaşıb. Bankın mənfəəti illik müqayisədə 18% artıb.
Üçüncü yerdə isə 110 milyon lari (41,9 milyon dollar) xalis mənfəətlə “Basiz Bank” qərarlaşıb. Bankın mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 38% artıb.
“Liberty Bank”ın xalis mənfəəti isə illik müqayisədə 3% azalaraq 92 milyon lariyə (35 milyon dollar) düşüb.
Qeyd edək ki, 2026-cı ilin aprel ayından etibarən “Liberty Bank” “Basiz Bank”ın mülkiyyətinə keçib. Hazırda “Liberty Bank” müstəqil fəaliyyətini davam etdirir. Gələcəkdə isə iki bankın birləşdirilməsi gözlənilir.
Mənfəətini ən çox artıran banklardan biri də “PayBank” olub. Bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 1202% artaraq 10,5 milyon lariyə çatıb.
Azərbaycanın aparıcı banklarından biri olan “Paşa Bank”ın Gürcüstandakı törəmə bankı “PAŞA Bank Gürcüstan” 2026-cı ilin yanvar-sentyabr aylarında 6,469 milyon lari xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 dəfə çoxdur.
Zərərlə işləyən banklar arasında “Peysera Bank”, “VTB Bank Georgia”, “HashBank” və “Silk Bank” yer alıb. Ən böyük zərər 19,9 milyon lari ilə “Silk Bank”da qeydə alınıb.
Gürcüstanda fəaliyyət göstərən bankların 2026-cı ilin yanvar-sentyabr aylarında xalis mənfəəti (və ya zərəri) aşağıdakı kimi olub:
“Gürcüstan Bankı” – 550,4 mln. dollar (20% artım)
“TBC Bank” – 404,9 mln. dollar (18% artım)
“Basiz Bank” – 41,9 mln. dollar (38% artım)
“Liberty Bank” – 35,0 mln. dollar (3% azalma)
“Credo Bank” – 25,5 mln. dollar (4% artım)
“Kartu Bank” – 11,3 mln. dollar (7% azalma)
“ProCredit Bank” – 11,0 mln. dollar (32% artım)
“Terra Bank” – 9,3 mln. dollar (9% artım)
“Halyk Bank” – 7,0 mln. dollar (32% artım)
“İşBank” (“İş Bankası”) – 4,5 mln. dollar (1% artım)
“Mikrobank Kristal” – 4,1 mln. dollar (13% azalma)
“PayBank” – 4,0 mln. dollar (1 202% artım)
“Ziraat Bank” – 2,8 mln. dollar (56% artım)
“Paşa Bank” – 2,5 mln. dollar (460% artım)
“Mikrobank MBIS” – 1,1 mln. dollar (49% azalma)
“Peysera Bank” – 0,7 mln. dollar zərər
“VTB Bank Georgia” – 3,0 mln. dollar zərər
“HashBank” – 3,4 mln. dollar zərər
“Silk Bank” – 7,6 mln. dollar zərər


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top