
Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının üzvləri (husilər) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Müdafiə Nazirliyinin binasına ballistik raketlə zərbə endirdiklərini iddia ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə üsyançıların hərbi nümayəndəsi Yəhya Səriə “Telegram” kanalında yazıb.
“Yəmən silahlı qüvvələri son 48 saat ərzində ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə dörd yüksək dəqiqlikli hərbi əməliyyat keçirib. Əməliyyatlardan birincisi Səudiyyə Ərəbistanının paytaxtında Müdafiə Nazirliyinin binasına qarşı yönəlib”, – deyə o bildirib.
Səriə husilərin ölkənin qərbində yerləşən Yanbu şəhərində Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco”nun infrastrukturuna hücum etdiyini də bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz