
Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş bölgəsində aşkarlanan azərbaycanlı çobanın saxlanılması və Azərbaycana təhvil verilməsi ilə bağlı açıqlama verib.
Yeniavaz.com xəbər verir ki, Paşinyan bu barədə oktyabrın 22-də hökumətin iclasından sonra keçirilən ənənəvi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Jurnalistlərdən birinin azərbaycanlı çobanın Ermənistanda saxlanılması ilə bağlı sualına cavab verən baş nazir belə deyib: “Ona atəş açıb öldürməli idilər?”
Paşinyan bildirib ki, çoban saxlanılaraq Ermənistan Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.
“Dünyada insanın keçə bilməyəcəyi sərhəd yoxdur”, – deyə Ermənistanın baş naziri qeyd edib.
Paşinyan, həmçinin çobanın Azərbaycan tərəfinə təhvil verildiyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz