Ermənistan Azərbaycan vətəndaşının sərhədi keçdiyini açıqlayıb


Ermənistan Azərbaycan vətəndaşının ölkə ərazisində aşkar edildiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti 2026-cı il oktyabrın 19-da Azərbaycan vətəndaşının Ermənistan sərhədini keçdiyi barədə məlumat yayıb.
Məlumata görə, oktyabrın 19-da, saat 17:50 radələrində 1968-ci il təvəllüdlü, Tovuz rayonunun Çatax kənd sakini Yaşar Əli oğlu Qasımov Ermənistanın Tavuş rayonunda aşkar edilib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir ki, aparılan yoxlama tədbirləri nəticəsində Azərbaycan vətəndaşının itkin düşdüyü üçün Ermənistan ərazisində qaldığı müəyyən edilib.
Qasımovun Azərbaycana qaytarılması üçün müvafiq tədbirlərin görüldüyü açıqlanıb.
Qeyd edək ki, dünən Dövlət Sərhəd Xidməti (DSX) azərbaycanlı çobanın sərhədi keçərək Ermənistan ərazisinə daxil olması barədə yayılan məlumatlara münasibət bildirib.
DSX-dən Modern.az-a verilən açıqlamada qurumun xidməti ərazisində belə hadisənin baş vermədiyi bildirilib.
Xatırladaq ki, daha əvvəl Ermənistan mediası azərbaycanlı çobanın Tavuş vilayətinin Çinari kəndi istiqamətində sərhədi keçdiyini və hərbi polis tərəfindən saxlanıldığını iddia edib.

DİGƏR XƏBƏRLƏR

Top