
Çin bazarında qeyri-adi elektrikli nəqliyyat vasitəsi olan üçtəkərli “Telufu GT5” avtomobili peyda olub.
Yeniavaz.com xəbər verir ki, avtomobil qeyri-adi quruluşa malik elektrikli üçtəkərli velosipedi xatırladır.
Avtomobilin ənənəvi şəkildə açılan iki qapısı var. Həmçinin, avtomobil iki standart fara və iki böyük güzgü ilə təchiz olunub.
“Telufu GT5” tək oturacaqlıdır və sükan sütunu ön panelin mərkəzində yerləşir.
Sürücü bort kompüter funksiyalarına malik rəqəmsal cihazlar panelini görür. Həmçinin, avtomobildə arxa görüntü kamerası və media sistemini idarə etmək üçün coystikləri olan düz alt sükan da mövcuddur.
Sürət qutusunun seçimi fırlanan düymə vasitəsilə həyata keçirilir və iqlim nəzarəti düymələri mərkəzi konsolda yerləşir.
Texniki cəhətdən “Telufu GT5” 10 at gücündə elektrik mühərriki ilə təchiz olunub və bu da avtomobilə saatda 70 km maksimal sürətə çatmağa imkan verir.
Dartma (və ya çəkmə) batareyası təxminən 250 km məsafə qət edir və istənilən yerdə standart 220V-luq elektriklə doldurmaq mümkündür. Tam doldurma təxminən 8 saat çəkir.
Nəqliyyat vasitəsi Şandun əyalətinin Linyi şəhərindəki bir şirkət tərəfindən istehsal olunur.
Çində bu avtomobil təxminən 4 min 400 dollara satılır.
Tətbiqimizi yükləyə bilərsiniz