Tanınmış aparıcı: "Mən öz işimin başındayam"

Xəbər verildiyi kimi, Azad Azərbaycan televiziyasında (ATV) yeni departament yaradılıb. "İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr" adlanan departamentə rəhbərlik aparıcı Turan İbrahimova həvalə olunub. Yeniavaz.com xəbər verir ki, buna qədər telekanalla bağlı sualları daha çox bu qurumun xəbərlər xidmətinin baş redaktoru Vaqif Aydınoğlu cavablandırırdı. Bu təyinatdan sonra V. Aydınoğlu ilə bağlı saytlarda müxtəlif xəbərlər yayılmağa başlayıb. Vaqif Aydınoğlunun bu xəbərlərlə bağlı mövqeyini təqdim edirik: "Dünəndən bəri mənə ünvanlanan çoxsaylı suallara qısaca açıqlama vermək məcburiyyətində qaldım. Mən öz işimin başındayam. İndiyədək olduğu kimi hazırda da ATV-nin ictimai siyasi verlişlər departamentinin rəhbəri, xəbərlər xidmətinin baş redaktoru və "Həftəsonu" analitik informasiya proqramının müəllifi və aparıcısı olaraq vəzifəmi icra edirəm. Sadəcə olaraq bundan sonra ATV-nin mətbuat xidməti vəzifəsini icra etməyəcəm. Bu iş kanalmızda yeni yaradılan (İctimai siyasi məsələlər və ictimayətlə əlaqələr) departamentin yeni təyin olunan rəhbəri Turan İbrahimova həvalə olunub. Çox xahiş edirəm, bundan sonra ATV ilə bağlı suallarnızı mənə yox, Turan bəyə ünvanlayasınız".

DİGƏR XƏBƏRLƏR

Top