“Volkswagen” bu dəfə elektrikli avtomobillərini geri çağırır


Almaniyanın “Volkswagen” avtomobil istehsalçısı batareya qüsuru ilə əlaqədar dünya miqyasında təxminən 73 000 elektrikli nəqliyyat vasitəsini geri çağırmaq qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bild” qəzeti Federal Avtomobil Nəqliyyatı İdarəsinə (BMA) istinadla məlumat yayıb.
Nəşrin məlumata görə, buna səbəb ən pis halda yanğına səbəb ola biləcək nasaz batareya elementləridir.
Nəşr əlavə edib ki, qərar 2022-2025-ci illər arasında istehsal olunmuş ID.3, ID.4, ID.7, ID. Buzz və Cupra Born modellərinə təsir edəcək.
“Volkswagen” şirkətinin məlumatına görə, qüsur batareya təchizatçısının istehsal qüsurundan qaynaqlanır.
Qeyd edək ki, bir gün əvvəl “Süddeutsche Zeitung” qəzeti “Volkswagen”in 2030-cu ilə qədər yüz minlərlə işçisi üçün genişmiqyaslı əmək haqqı dondurulmasına hazırlaşdığını bildirmişdi. Bu tədbir şirkətin dünya üzrə 600 000 işçisinin əhəmiyyətli bir hissəsinə təsir göstərə bilər. Analitiklər xəbərdarlıq edirlər ki, inflyasiya ilə əlaqədar indeksləşdirmənin uzunmüddətli olmaması işçilərin real gəlirlərinin təxminən 10%-nin itirilməsinə səbəb olacaq.

DİGƏR XƏBƏRLƏR

Top