
Oktyabrın 19-da Ermənistan Baş naziri Nikol Paşinyan öz protokol xidmətinin rəhbəri Qaqik Vanoyanı vəzifəsindən azad edib.
Yeniavaz.com xəbər verir ki, “Joxovurd” qəzetinin yazdığına görə, hadisəyə səbəb rəsmi çıxış zamanı yol verilən səhv olub.
Belə ki, hökumətə yaxın mənbələrin bildirdiyinə görə, oktyabrın 18-də COP17 çərçivəsində Nikol Paşinyanın çıxışının mətnində Qırğızıstan prezidenti səhvən Qazaxıstan prezidenti kimi təqdim olunub.
Məlumata görə, hadisədən sonra Nikol Paşinyan baş verənlərə narazılığını bildirib və Qaqik Vanoyanın vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.
Qəzetin mənbələrinin sözlərinə görə, bu məlumat hökumət daxilində gərginlik və təəccüb yaradıb. Onlar Qaqik Vanoyanı fəal, təşəbbüskar və işinə məsuliyyətlə yanaşan gənc kimi xarakterizə ediblər. Qeyd olunub ki, belə bir səhvə görə onun vəzifədən azad edilməsi qərarı hər kəs üçün gözlənilməz olub.
Bildirilir ki, Nikol Paşinyan avqust ayında Qaqik Vanoyanı həmin vəzifəyə təyin etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz