2035-ci ilədək Pekində hər üç nəfərdən biri yaşlı olacaq


Çinin paytaxtı Pekində 2035-ci ilədək əhalinin üçdə birindən çoxunun 60 və daha yuxarı yaşda olacağı proqnozlaşdırılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Beijing Daily” qəzeti məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin sonuna Pekində 60 və daha yuxarı yaşda olan daimi sakinlərin sayı 5,29 milyona çatıb. Bu, şəhərin daimi əhalisinin 24,3 faizini təşkil edib.
Proqnozlara əsasən, 2035-ci ilədək bu göstərici 33 faizi ötəcək. Əhalinin qocalmasının əsas səbəbləri arasında uzun illər tətbiq olunan “bir ailə, bir uşaq” siyasətinin nəticələri, doğum səviyyəsinin aşağı düşməsi, eləcə də yaşayış və təhsil xərclərinin yüksək olması göstərilir.
Demoqrafik dəyişikliklər fonunda Çin hökuməti doğum səviyyəsini artırmaq üçün tədbirləri genişləndirir. 2026-cı ildə bu məqsədlə təxminən 180 milyard yuan (26,92 milyard dollar) vəsait ayrıldığı bildirilir.
Bununla yanaşı, Pekində yaşlıların sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların artırılması və tibbi-sosial xidmətlərin genişləndirilməsi istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, Çin əhalisi 2022-ci ildən azalmağa başlayıb.
Ekspertlər bildirirlər ki, əhalinin qocalması və sayının azalması ölkənin iqtisadi artımı, daxili istehlak və pensiya sisteminin dayanıqlılığı baxımından ciddi çağırışlar yaradır.

DİGƏR XƏBƏRLƏR

Top