
“Əl-Nəsr” klubunun portuqaliyalı hücumçu Kriştianu Ronaldo yeni mineral su brendinin yaradılmasına 10 milyon avro sərmayə qoyub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sic Noticias” məlumat yayıb.
Futbolçunun yeni biznesdəki tərəfdaşı oxşar məbləğdə sərmayə qoyan “Grupo Ouhterinho” olacaq. Beləliklə, ümumi investisiyanın məbləği 20 milyon avro təşkil edəcək və Ronaldo biznesin 50 faizinə sahib olacaq.
Mineral su Portuqaliyanın Braqansa bələdiyyəsində istehsal olunacaq. Zavodun tikintisinin tamamlanması və brendin bazara çıxarılması 2027-ci ilin sonuna planlaşdırılır.
“Grupo Outeirinho”nun sözlərinə görə, layihə onlarla iş yeri yaradacaq. Şirkət həmçinin Portuqaliya su bazarının 45 faizinə nəzarət edəcək.
Yeni brendin hazırlanması ilə İtaliyanın dizayn şirkətinin məşğul olduğu bildirlir.
Qeyd edək ki, Ronaldo daha əvvəl 2023-cü ilin iyun ayında Madriddə təqdimatı keçirilən “Ursu9” mineral su brendinin ortaq sahibi olmuşdu.
Tətbiqimizi yükləyə bilərsiniz