
ABŞ Hərbi Hava Qüvvələri növbəti beş il ərzində “B-1B Lancer” və “B-2 Spirit” strateji bombardmançı təyyarələrinin modernləşdirilməsinə təxminən 1,7 milyard dollar xərcləməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat ABŞ Hərbi Hava Qüvvələrinin büdcə sənədlərində öz əksini tapıb.
Sənədlərə görə, 2027-2031-ci illərdə “B-1B Lancer” bombardmançı təyyarələrinin modernləşdirilməsi üçün 342 milyon dollar, “B-2 Spirit” bombardmançı təyyarələrinin modernləşdirilməsi üçün isə 1,35 milyard dollar ayrılıb.
Birinci tip bombardmançılar üçün 145 buraxılış qurğusu əldə etmək, eləcə də xarici asqılara silah yerləşdirmək funksiyasını bərpa etmək planlaşdırılır. İkinci tip bombardmançılar üçün isə köhnəlmiş buraxılış qurğuları dəyişdirmək, göyərtədəki silahların sayını artırmaq və müxtəlif növ sursatların istifadəsinə imkan yaratmaq nəzərdə tutulur.
Tətbiqimizi yükləyə bilərsiniz