“Ermənistanla münasibətlərin normallaşması prosesi sürətlənərək davam edir” – Yumaklı


“Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi sürətlənərək davam edir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bu gün, oktyabrın 16-da İrəvanda COP-17 çərçivəsində jurnalistlərlə söhbəti zamanı deyib.
O bildirib ki, normallaşma prosesi 2022-ci ilin yanvarında başlayıb:
“2026-cı ilin martından etibarən isə “Türk Hava Yolları”nın uçuşları sayəsində proses sürətlənib. Bunun nəticəsi olaraq, prezidentimizin cənab Paşinyanla görüşləri davam edir və bu, normallaşma prosesinin daha yüksək səviyyəyə çatdırılmasına xidmət edir.
Təbii ki, Türkiyə olaraq regionda sülhün, sabitliyin və rifahın təmin olunmasını istəyirik. Mövcud vəziyyəti nəzərə alaraq, bu prosesi davam etdiririk.
Ümid edirəm ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin sürətlənməsi hər iki ölkə və bütövlükdə region üçün mühüm nailiyyətlərə gətirib çıxaracaq.
Biz bu gün COP tədbiri üçün İrəvana gəlmişik. Bu, çox yaxşı görüşdür. Ümid edirəm ki, burada verilən mesajlar dünyanın müvafiq ölkələri tərəfindən eşidiləcək. Bundan əlavə, gələn ay Antalyada COP-31 keçiriləcək. Orada da bütün dünyaya çox mühüm mesajlar veriləcək.
Bütün bunlar dünyada sülhün, sabitliyin və rifahın inkişafı baxımından vacib hadisələrdir. Bunlar mühüm mesajlardır”.

DİGƏR XƏBƏRLƏR

Top