Tramp o edamın yayımını ləğv etdi


ABŞ Prezidenti Donald Tramp hərbçilərə qarşı kütləvi qətl törədən psixiatr Nidal Həsənin güllələnməsinin yayımlanmayacağını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “TruthSocial” sosial media platformasında məlumat verib.
“O (Həsən - red.) planlaşdırıldığı kimi güllələnərək, edam ediləcək, lakin bu hadisə canlı yayımlanmayacaq”, - Tramp qeyd edib.
Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, bir çox “yaxşı insanlar” edamın yayımlanmasına qarşı çıxıblar. Lakin o, konkret hansı insanlardan danışdığını dəqiqləşdirməyib.
Qeyd edək ki, bir gün əvvəl CNN telekanalı mənbələrə istinadla Tramp və onun müşavirlərinin Həsənin edamının canlı yayımından imtina etmək imkanını müzakirə etdiklərini xəbər vermişdi. Jurnalistlər müəyyən etmişdilər ki, prezident ictimai yayım planlarından dərhal xəbər tutmayıb və əvvəlcə onlara necə cavab verəcəyindən əmin deyil. Lakin o, kişinin edam edilməsi qərarını qətiyyətlə dəstəkləyir.
Xatırladaq ki, Həsən 2009-cu ilin noyabr ayında Fort Hudda 12 əsgəri öldürüb, 32 əsgəri yaralayıb. 2013-cü ildə o, ölüm hökmünə məhkum edilib və Kanzas ştatının Livenvort şəhərində edam cəzasını gözləyir.
Dekabrın 3-də Fort Hudda icrası planlaşdırılan edam İkinci Dünya Müharibəsindən bəri ABŞ ordusunda ilk edam olacaq. Bu edam, həmçinin, 65 yaşdan yuxarı hərbçinin ilk edamı kimi tarixə  düşəcək.

DİGƏR XƏBƏRLƏR

Top