Xəzərdə itkin düşən neftçilərdən birinin meyiti tapıldı

Neftçalada dənizdən tapılan naməlum kişi meyitinin şəxsiyyəti müəyyən edilib. Yeniavaz.com saytının virtualaz.org-a istinadən xəbərinə görə, məlum olub ki, bu gün səhər saatlarında Xəzər dənizində tapılan, ötən il dekabr ayının 15-də estakadanın Xəzər dənizinə uçması nəticəsində itkin düşmüş 9 nəfər neftçidən biri - 60 yaşlı operator Hacıəliyev Həsənağa Hüseynağa oğlunun meyitidir.

Hazırda meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza Birliyinin Salyan rayonlararası zona mərkəzinə gətirilib.

***

Xəzər dənizində itkin düşmüş neftçilərin axtarışı zamanı sahildə meyit tapılıb.

Axtarış-Xilasetmə qərargahından verilən məlumata görə, meyit Neftçala rayonunun 1-ci Mayak kəndi ərazisində sahildə olub.

Tapılan meyitin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft yığım məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir.

Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top