“Atəşkəsi ABŞ pozub və onlar yaranmış vəziyyəti düzəltməlidir” – İran XİN


“ABŞ iyunun ortalarında əldə olunmuş atəşkəs razılaşmasını pozub və yaranmış vəziyyəti düzəltməlidir”.
Yeniavaz.com
xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi “RİA Novosti”yə açıqlamasında bildirib.
O qeyd edib ki, İran bu məsələdə heç bir güzəştə getməməlidir.
“Güzəştə getməli olan İran deyil. Biz İslamabad memorandumunu pozmamışıq. Memorandum və üzərimizə götürdüyümüz öhdəliklər ABŞ tərəfindən pozulub. Təbii ki, vəziyyəti düzəltmək və öz öhdəliklərinə qayıtmaq üçün onlar kompensasiyaedici tədbirlər görməlidirlər”, – deyə Qəribabadi bildirib.
Qeyd edək ki, ABŞ və İsrail bu il fevralın 28-də İrana qarşı hücuma keçib. İran tərəfi isə buna cavab zərbələri ilə qarşılıq verib.
İyunun ortalarında Tehran və Vaşinqton hərbi əməliyyatların dayandırılması barədə memorandum imzalayıblar. Lakin sonradan tərəflər yenidən bir-birinə zərbələr endiriblər.

DİGƏR XƏBƏRLƏR

Top