
Astara rayonunun Şiyəkəran kənd sakini 43 yaşlı Sadiq Əhmədov təxminən 5 ildir ki, yataq xəstəsidir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Xəzər TV”yə onun əmisi danışıb.
O bildirib ki, S. Əhmədovun sol əli və ayağı iflic olub, hərəkət edə bilmir. Bundan əlavə, baş nahiyəsində 18 santimetrlik şiş var və bu səbəbdən görmə və eşitmə qabiliyyətini də itirib. Bu vəziyyətdə olmasına baxmayaraq, əlilliklə bağlı pensiya ala bilmir.
Əmisinin sözlərinə görə, hazırda ciddi sosial çətinliklərlə üzləşən Sadiq əmək qabiliyyətini itirdiyi üçün pensiya təminatı ilə bağlı aidiyyəti qurumlara bu ilin may ayında müraciət edilib. Müraciətdən təxminən 5 ay keçməsinə baxmayaraq, hələ də bir nəticə yoxdur.
TƏBİB-dən bildirilib ki, əlilliyin qiymətləndirilməsi məqsədilə S.Əhmədovun baş nahiyəsindəki sümük defektinin ölçüləri düzgün müəyyən edilmədiyinə görə vətəndaş təkrar rentgen müayinəsi və sümük defektinə uyğun kodun təyin edilməsi üçün Astara RMX-yə yönləndirilib.
Tibbi sənədlərdəki çatışmazlıqlar aradan qaldırıldıqdan sonra vətəndaşın adına Forma 88 rəsmiləşdirilib və sentyabrın 29-u Əlillik alt sisteminə daxil edilib.
Daha ətraflı:
Tətbiqimizi yükləyə bilərsiniz