
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasına və ratifikasiyasına diqqət yetirmək lazımdır.
Yeniavaz.com xəbər verir ki, o bu barədə sosial şəbəkə hesablarında dərc etdiyi videomüraciətdə danışıb.
“Bu baş verdikdən sonra Ermənistan dövlətçiliyinin uzunömürlülüyünün təməlini qoyduğumuzu deyə biləcəyik”, – Paşinyan bildirib.
Baş nazir sülh sazişinin imzalanması məsələsini bir gün əvvəl səsləndirdiyi fikirlərlə əlaqələndirib.
“İlk dəfədir ki, biz tarixi təkrarlamırıq, əksinə, tarix yaradırıq”, - deyə o, həmin çıxışında bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz