İran yeddi şərtlə bağlı ABŞ-nin cavabını qeyri-kafi hesab edir


İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, ABŞ İranın müharibənin dayandırılması və Hörmüz boğazının açılması ilə bağlı irəli sürdüyü yeddi şərtə cavab verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rzayi “X” sosial şəbəkə hesabında yazıb.
“ABŞ İranın yeddi şərtindən bəziləri ilə razılaşıb, lakin biz onların cavabını qənaətbəxş hesab etmirik”, - Ali Milli Təhlükəsizlik Şurasının katibi bildirib.
Oqeyd edib ki, İranın diplomatiyası dəyişib və əvvəlki vəziyyətə qayıdış olmayacaq.
Rzayi daha əvvəl “Press TV” telekanalına müsahibəsində də ABŞ-nin İranın təklifinə cavab verdiyini təsdiqləyib.
“Biz amerikalılara yeddi şərt irəli sürmüşük. Əgər bu şərtləri yerinə yetirməsələr, Hörmüz boğazı onlar üçün açılmayacaq və hər hansı danışıqlardan söhbət gedə bilməz. ABŞ artıq cavab verib. Onlar bəzi şərtlərimizlə qismən razılaşıblar, digərləri ilə bağlı isə qeyri-müəyyənlik qalır”, – o qeyd edib.
İran rəsmisinin sözlərinə görə, Tehran Vaşinqtonla üç mərhələdə danışıqlar aparıb. O iddia edib ki, hər mərhələdə amerikalılar danışıqlar masasını tərk edərək İrana hücum ediblər.
“Buna görə də biz əvvəlki diplomatik modellərə qayıtmayacağıq. Razılaşmanı özü imzalayıb sonra ondan çıxan tərəflə başqa diplomatik üsullarla davranmaq lazımdır”, – Rzayi bildirib.
O əlavə edib ki, İran diplomatiyadan heç vaxt imtina etməyib və etməyəcək, lakin diplomatik yanaşmasını dəyişib.
Məlumata görə, İran irəli sürdüyü şərtlərin yerinə yetiriləcəyi təqdirdə Hörmüz boğazını yenidən açmağa və ABŞ ilə danışıqları bərpa etməyə hazır olduğunu bildirib. Bu şərtlərə ABŞ-nin dəniz blokadasını dayandırması və İran neftinin satışına qoyulan məhdudiyyətləri aradan qaldırması da daxildir.

DİGƏR XƏBƏRLƏR

Top