Bu gün Beynəlxalq Qızlar Günüdür – Doğum sayı son 75 ildə ən aşağı səviyyəyə düşüb


Ötən il Azərbaycanda doğulan qızların sayı son onilliklərin ən aşağı səviyyəsinə enib.
Yeniavaz.com
 xəbər verir ki, ötən il ölkədə cəmi 44 min 961 qız uşağı dünyaya gəlib.
Bundan əvvəl ən aşağı nəticə 75 il əvvəl – 1950-ci ildə qeydə alınıb. Həmin il Azərbaycanda 43 min 248 qız uşağı doğulub.
Azərbaycanda qız uşaqlarının ən çox doğulduğu il 1991-ci il olub. 1991-ci ildə ölkədə 92 min 474 qız dünyaya gəlib ki, bu da ötən ilkii göstəricidən təxminən iki dəfə çox olub.
Rəsmi məlumata görə, ötən il 50 min 914 oğlan uşağı doğulub. Beləliklə, yeni doğulan oğlanların sayı qızlardan 5 min 953 nəfər və ya 11,7 faiz çoxdur.
Qeyd edək ki, bu gün – 11 oktyabr bütün dünyada Beynəlxalq Qızlar Günü kimi qeyd olunur. Bu tarix qız uşaqlarının hüquqlarının müdafiəsi və cəmiyyətdə bərabər imkanların təşviqi məqsədi daşıyır.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top