Neft-qaz sektorunda azalma davam edir – Son rəqəmlər


Bu ilin yanvar-sentyabr aylarında ölkədə 102 milyard 48,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadla xəbər verir ki, ÜDM istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5% artıb.
Qeyd edək ki, ÜDM-nin 29,7%-i (30 milyard 326,5 milyon manat) neft-qaz, 70,3%-i isə (71 milyard 721,7 milyon manat) qeyri-neft-qaz sektorunun payına düşüb. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% azalıb, qeyri neft-qaz sektorunda isə 2,6% artıb.
Məlumat üçün bildirək ki, əvvəlki dövrdə – yanvar-avqust aylarında ÜDM istehsalı neft-qaz sektorunda 0,8% azalıb, qeyri neft-qaz sektorunda isə 2,1% artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top