
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə görüşü olub.
Yeniavaz.com xəbər verir ki, söhbət zamanı Azərbaycan və İran prezidentlərinin görüşləri və telefon danışıqları məmnunluqla xatırlanıb, bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri və aparılmış müzakirələr qeyd olunub.
Prezident Məsud Pezeşkian ölkələrimiz arasında tarixi dostluq və qohumluq əlaqələrinin olduğunu deyərək, İranda baş verən hadisələr zamanı dost və mehriban qonşu kimi Azərbaycanın mövqeyinin yüksək qiymətləndirildiyini bir daha bildirib.
Prezident İlham Əliyev İranın qeyri-üzv dövlət kimi “MDB plyus” formatında ilk dəfə iştirakına toxundu.
Görüşdə Ağbənd–Kəlalə layihəsinin icrası ilə əlaqədar işlərin yekunlaşma mərhələsində olduğu məmnunluqla qeyd edilib.
Söhbət əsnasında vurğulanıb ki, Qırğızıstanın paytaxtı Bişkekdə dövlət başçılarının sonuncu görüşü zamanı ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində iki ölkənin aidiyyəti qurumları fəaliyyətini davam etdirir.
***14:28
Türkmənistanın Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.



Tətbiqimizi yükləyə bilərsiniz