Bulvar İdarəsinin 2,5 milyon manat vergi borcu yaranıb


“Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsin dövlət büdcəsinə vaxtında ödənilməyən 2 milyon 517 min 24 manat 8 qəpik vergi borcu var.
Yeniavaz.com
xəbər verir ki, bu İdarə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi adı ilə 10 yanvar 2008-ci ildə yaradılıb.
Azərbaycan Prezidentinin 31 iyul 2018-ci il tarixli Fərmanı ilə publik hüquqi şəxsə çevrilib.
Nizamnamə kapitalı 65 milyon 366 min 207 manat olan İdarənin qanuni təmsilçisi Ağalarov Xanlar Adil oğludur. Xanlar Ağalarov 2024-cü ildən Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinə yeni sədr təyin edilib.
Qeyd edək ki, Xanlar Ağalarov 2013-cü ildə Dövlət İdarəçilik Akademiyasını bitirib. 2015–2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) magistr təhsili alıb. O, eyni zamanda Böyük Britaniyanın Kembric Universitetində dövlət siyasəti ixtisası üzrə magistr proqramını bitirib. X. Ağalarov bu təyinatına qədər Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsini icra edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top