
Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təhsil TV” internet televiziya platforması tender müsabiqəsi elan edib.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsi çəkiliş kamerası və ona aid olan avadanlıqların satın alınması ilə bağlıdır.
Bildirilir ki, görüləcək işlər üçün 60 min 197 manat 70 qəpik vəsait ayrılıb.
Qeyd edək ki, satın alınacaq çəkiliş kamerası və ona aid olan avadanlıqlar bunlardır:
Peşəkar tam kadr (Full Frame) rəqəmsal foto/video kamera gövdəsi – 1 ədəd
24-70 mm diapazonlu f/2.8 zoom obyektiv – 1 ədəd
128 GB V90 sinifli SD yaddaş kartı – 4 ədəd
Peşəkar video tripod – 1 dəst
Kamera üçün litium-ion batareya – 4 ədəd
2.4 GHz diapazonlu simsiz mikrofon sistemi – 3 dəst
70-200 mm diapazonlu f/2.8 telezoom obyektiv – 1 ədəd
16-35 mm diapazonlu f/2.8 genişbucaqlı zoom obyektiv – 1 ədəd
AA ölçülü təkrar doldurulan batareya – 20 ədəd
Minimum 8 kanallı SDI/HDMI/NDI video kommutator – 1 ədəd
XLR dişi-XLR dişi, 25 metr audio kabel – 4 ədəd
XLR kişi-6.35 mm audio kabel – 1 ədəd
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz