
Türkiyəyə məxsus, neytral sularda qarğıdalı daşıyan mülki gəmiyə iki Rusiya dronu zərbə enidirb.
Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial media hesabında yazıb.
“Gəmidə Azərbaycan vətəndaşları ilə yanaşı, Hindistan vətəndaşları da olub. Hazırda təəssüf ki, gəmi kapitanının həlak olduğunu bilirik. Başsağlığı verirəm. Daha bir nəfərin taleyi hələ dəqiqləşdirilir. 11 ekipaj üzvü xilas edilib, onlardan biri yaralanıb”, - Zelenski bildirib.
***15:09
Qara dənizin Rumıniya sahilləri yaxınlığında taxıl daşıyan Türkiyəyə məxsus “Royad Mammadov” gəmisi dron hücumuna məruz qalıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, hücum nəticəsində gəmidə yanğınla müşaiyət olunan partlayış baş verib.
İlkin məlumatlara görə, Sent-Kits və Nevis bayrağı altında üzən 140 metr uzunluğundakı gəminin kapitanı yaralamın, 13 ekipaj üzvündən isə xəbər yoxdur.
Bildirilir ki, gəmi Ukraynanın cənubundakı İzmail limanından yenicə çıxıbmış və istiqaməti İtaliyanın Ravenna şəhəri olub.
Tətbiqimizi yükləyə bilərsiniz