“İran məhv ediləcək” – Tramp


ABŞ Prezidenti Donald Tramp bildirib ki, yaxın zamanda İranla bağlı növbəti addımlar barədə qərar qəbul edəcək.
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, o, ABŞ-nin İrana qarşı hərbi əməliyyatları yenidən başlatması ehtimalını da istisna etməyib.
“İranla bağlı qərar verəcəyəm. İran məhv ediləcək. Ona görə də məsələ yalnız bunun asan yolla, yoxsa çətin yolla baş verəcəyindən ibarətdir”, – Tramp Ağ Evdən ayrılarkən jurnalistlərə deyib.
Eyni zamanda, Tramp İranın nüvə silahı yaratmaq planlarından “praktiki olaraq imtina etdiyini” bildirib.
Bu açıqlama “Axios”un Trampın milli təhlükəsizlik məsələləri üzrə əsas müşavirlərinin Kemp-Deviddə gizli görüş keçirdiyini bildirməsindən bir gün sonra səslənib.
Nəşrin məlumatına görə, görüşdə ABŞ-nin İranla bağlı atacağı növbəti addımların müxtəlif variantları, həmçinin Səudiyyə Ərəbistanı ilə Yəməndəki husilər arasında münaqişə ətrafındakı vəziyyət müzakirə olunub.

DİGƏR XƏBƏRLƏR

Top