
İntensiv yağışlardan sonra ötən gün paytaxtın bəzi ərazilərində subasmalar olub.
Yeniavaz.com xəbər verir ki, Xəzər rayonunun Buzovna qəsəbəsinin sakini su basmış evinin kadrlarını sosial mediada yayıb.
“3 ildir eyni vəziyyətdəyik. Buzovnada Aşağı məhəllədir. Kəndin kanalizasiya sistemi yoxdur. Bütün aidiyyəti qurumlara müraciət etmişik. Şikayətlərə nə baxan var, nə də bir tədbir görən. Hər dəfə eyni sözü eşidirik: “Tədbir görüləcək”. Amma nə zaman, nə də vaxt bəlli deyil”, - paytaxt sakini bildirib.
O yaşadığı ərazidə kanalizasiya probleminin həllini tapması üüçün aidiyyəti qurumlara çağırış edib.
Tətbiqimizi yükləyə bilərsiniz