
“İsrailə, düşmən ölkələrə məxsus gəmilər və hərbi yük daşıyan nəqliyyat vasitələri strateji əhəmiyyətli bu marşrutun təhlükəsizliyi ilə bağlı yeni qanun layihəsinin qəbul ediləcəyi təqdirdə Hörmüz boğazından keçə bilməyəcək”.
Yeniavaz.com xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin mətbuat katibi Həsən Qaşqəvi deyib.
“İsrail rejiminə və düşmən dövlətlərə məxsus, eləcə də bizə qarşı hərbi əməliyyatlar həyata keçirən və ya hərbi yüklər daşıyan gəmilər Hörmüz boğazından keçə bilməyəcək”, - deyə o, “Tasnim”ə müsahibəsində bildirib.
Qaşqəvinin sözlərinə görə, digər düşmən olmayan dövlətlərin gəmiləri yeni qanunda müəyyən ediləcək qaydalara uyğun olaraq keçid üçün İran Silahlı Qüvvələrinin Baş Qərargahından xüsusi icazə almalı olacaqlar.
O qeyd edib ki, qanun layihəsi artıq parlamentin müvafiq komitəsində nəzərdən keçirilib və Məclisin açıq plenar iclasına çıxarılmasını gözləyir.
Bundan sonra sənəd təsdiq üçün Konstitusiyanın Keşikçiləri Şurasına göndəriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz