“Günəş” şadlıq sarayında 91 nəfər zəhərlənib – Yenilənib


Dünən saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında qeyd olunub.
Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, “Günəş” şadlıq sarayında keçirilən toy mərasimində baş verən zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən də araşdırma aparılır.

***09:12
Kürdəmirdə zəhərlənmə hadisəsi qeydə alınıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birində baş verib.
Belə ki, şadlıq evində keçirilən toy mərasimindən sonra 50 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Zərərçəkənlərin vəziyyətləri orta-ağır qiymətləndirilir.
Məlumata görə, müraciət edənlərin sayının artacağı istisna edilmir.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top