“Flydubai”da xəsarət alan pilotun kimliyi məlum oldu


Bıçaqlanan “FlyDubai” pilotu Hindistan vətəndaşı Smit Maççxardır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Hindistanın “Hindustan Times” qəzeti məlumat yayıb .
Məlumata görə, Maççxar Dubaydan Təl-Əvivə uçan təyyarənin ekipajının komandiri olub.
İkinci pilot onu bıçaqladıqdan sonra təyyarə Səudiyyə Ərəbistanı hava limanına təcili eniş etmək məcburiyyətində qalıb.
Zərərşəkənin vəziyyəti ilə bağlı heç bir məlumat verilmir.  
“LinkedIn” profilinə görə, Maççxar 2022-ci ilin iyun ayından bəri “FlyDubai” şirkətində “Boeing 737” təyyarəsində kapitan vəzifəsində işləyir.  
Bundan əvvəl o, Mumbayda yerləşən “SpiceJet” şirkətində 11 il işləyib. O, bu şirkətdə əvvəlcə kapitan kimi fəaliyyət göstərib, 2020-ci ildən isə təlimatçı kimi digər pilotlara təlim keçib.
Onun profilində 737-800 və 737 MAX 8 və 9 təyyarələrində 9750 uçuş saatı qeyd olunub.
“LinkedIn” profilinə görə, Maççxar “FlyDubai”da birbaşa kapitan kimi fəaliyyətə başlayıb.
Onun profilində həmçinin, “FlyDubai”ın təlimatçı komandasına qoşulmaq istədiyi bildirilir.
Qeyd edək ki, çərşənbə günü Dubaydan Təl-Əvivə uçan “FlyDubai” təyyarəsi təcili vəziyyət siqnalı verib və Səudiyyə Ərəbistanında təcili eniş edib.
Daha sonra aviaşirkət təyyarədə incident baş verdiyini təsdiqləyib.
Daha sonra mediada pilotlardan birinin digərini bıçaqlayaraq təyyarəni yerə çırpmağa cəhd etdiyi bildirilb.

DİGƏR XƏBƏRLƏR

Top