Mərakeşdə ilk dəfə qadın baş nazir oldu


Mərakeş kralı VI Məhəmməd Fatimə əl-Mənsurini hökumət başçısı təyin edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mərakeş dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, Mərakeş kralı ona yeni kabineti formalaşdırmağı tapşırıb.
Bununla da, əl-Mənsuri krallıq tarixində bu vəzifəni tutan ilk qadın olub.
Qeyd edək ki, sentyabrın 23-də Mərakeşdə parlamentin Nümayəndələr Palatasına (aşağı palata) seçkilər keçirilib. Hakim koalisiyanın bir hissəsi olan “Orijinallıq və Modernlik” partiyası qalib gəlib. 2011-ci ildə qəbul edilmiş Mərakeş Konstitusiyasına görə, kral baş naziri parlamentdə ən çox yer qazanan partiyadan təyin edir.

DİGƏR XƏBƏRLƏR

Top