Jiru mövsümün sonunda futboldan gedir


Fransa millisinin sabiq hücumçusu Olivye Jiru bu mövsümdən sonra karyerasını başa vuracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun özü “L'Équipe”ə danışıb.
“Düşünürəm ki, bu, mənim son mövsümümdür. Buna görə də hər andan zövq alıram”, - deyə Jiru bildirib.
Qeyd edək ki, Jiru ötən yay Fransanın “Lill” klubuna qoşulub. O, əvvəllər Londonda “Arsenal” və “Çelsi”, İtaliyada “Milan” və ABŞ-də “Los-Anceles” klublarında oynayıb. 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olub.
Hücumçu sentyabrın 30-da 40 yaşını tamamlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top