
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) amerikalılara açıq məktub ünvanlayıb.
Yeniavaz.com xəbər verir ki, məktubda SEPAH amerikalıları ABŞ-də hökuməti dəyişdirməyə çağırıb.
“Biz dinc yanaşı yaşaya bilərik. Amerikanın hazırkı vəziyyətinə görə məsuliyyət daşıyan pis, yalançı və qəddar siyasətçiləri hakimiyyətdən uzaqlaşdırın. Ölkənin idarəçiliyini hiyləgərlərə deyil, müdriklərə etibar edin. Siyasətçilərinizin dünyanın dəyişdiyini başa düşdüyünə əmin olun”, - deyə məktubda qeyd olunub.
SEPAH həmçinin vurğulayıb ki, İran tərəfi amerikalılara qarşı düşmənçilik bəsləmir:
“Amerikaya ölüm” şüarı Amerika elitasının törətdiyi cinayətlərə qarşı yönəlib”.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrandakı hədəflərə zərbələr endirməyə başlayıblar və bu da İranın cavab zərbələrinə səbəb olub. İyunun ortalarında Tehran və Vaşinqton hərbi əməliyyatlara son qoymaq üçün anlaşma memorandumu imzalayıblar, lakin sonradan yenidən atəşkəs pozulub. Münaqişə hələ də həllini tapmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz