Nepal və Hindistanda yeni daşqınlar 70 nəfərin həyatına son qoydu


Çin-Nepal sərhədində keçən ayın sonlarında baş verən buzlaq uçqunları və dağıdıcı daşqınların ardınca, sentyabrın 24-dən etibarən regional miqyasda başlayan yeni leysan yağışlar həm Nepal, həm də qonşu Hindistanda genişmiqyaslı fəlakət və növbəti daşqın dalğasına səbəb olub.
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, 60 saatdan çox davam edən güclü yağış və fırtınalar Hindistanda 56 nəfərin, Nepalda isə 14 nəfərin ölümünə səbəb olub.
Məlumata görə, fəlakətin vurduğu ən ağır zərbə Hindistanın Uttar Pradeş ştatı olub. Normaldan 775% daha çox yağıntının düşdüyü bu ərazi üzrə yaralı sayının təxminən 46 nəfər olduğu deyilir. Regionda 1000-dən çox evə isə zərər dəydiyi bildirilib.
Təbii fəlakət regional infrastruktura da ağır zərbə vurub. Qanqa, Qandak və Kosi çaylarında suyun səviyyəsi təhlükəli həddi keçib. Nepal rəsmiləri ölkənin 49 rayonunda qəfil sel xəbərdarlığı yayıb, dağlıq bölgədə isə qar uçqunu nəticəsində 10 yerli işçi itkin düşüb. Həmçinin ölkənin 4 rayonunda rabitə kəsilib və 40 meqavatlıq su elektrik stansiyası ciddi zədələnib.
Qeyd edək ki, avqust ayında baş verən daşqınlar zamanı 1450 nəfər həyatını itirib.

DİGƏR XƏBƏRLƏR

Top