
Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi “Teymur Collection” MMC (VÖEN – 1007222231) olub.
Yeniavaz.com xəbər verir ki, qalib şirkət DSX-yə 55 dəst mərasim qılıncı satacaq və qarşılığında 56 min 711 manat 57 qəpik alacaq.
Açıqlanan məlumatdan da göründyü kimi, 1 dəst mərasim qılıncının orta qiyməti 1 013 manat təşkil edir.
Qeyd edək ki, nizamnamə kapitalı 50 000 manat olan “Teymur Collection” MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, Koroğlu prospekti, ev 728A-da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Teymur Rizvan oğludur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz