
İranın Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə atdığı raket nəticəsində səkkiz ABŞ dəniz piyadası yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NBC News” ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Bildirilib ki, hərbçilər başlarından xəsarət almış ola bilərlər:
“Onlarda baş ağrıları da daxil olmaqla, beyin silkələnməsi simptomları müşahidə olunur. Hücum sentyabrın 14-də baş verib”.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebinin bu yaxınlarda bir daha bəyan edib ki, təcavüz halında İran bölgədəki Amerika hədəflərini yeni silahlarla vurmağa başlayacaq.
Tətbiqimizi yükləyə bilərsiniz