
Bu ilin yanvar-iyul aylarında Azərbaycana xarici ölkələrdən 3 milyon 201,5 min dollar dəyərində 1 975,6 ton ketçup və digər pomidor sousları gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan məhsulların 1 kiloqramının orta gömrük dəyəri təxminən 1,62 dollar (2,75 manat) təşkil edib.
Azərbaycana ketçup və digər pomidor sousları ən çox Rusiyadan gətirilib. Bu ölkədən 824 ton məhsul idxal olunub. Rusiyadan gətirilən məhsulların ümumi dəyəri 1 milyon 319 min dollar, 1 kiloqramının orta gömrük dəyəri isə 1,60 dollar (2,7 manat) olub.
İkinci böyük idxal mənbəyi Türkiyə olub. Bu ölkədən 510 ton ketçup və digər pomidor sousları gətirilib. İdxalın ümumi dəyəri 856 min 640 dollar, 1 kiloqramın orta gömrük dəyəri isə 1,68 dollar (2,86 manat) təşkil edib.
Ketçup ən baha qiymətə Böyük Britaniyadan, ən ucuz qiymətə isə İrandan gətirilib. Böyük Britaniyadan idxal olunan ketçupun 1 kiloqramın orta gömrük dəyəri 16,4 dollar (27,9 manat), İrandan idxal olunan ketçupun 1 kiloqramın orta gömrük dəyəri isə 0,88 dollar (1,5 manat) olub.
Bu ilin yanvar-iyul aylarında idxal edilən ketçup və digər pomidor souslarının ölkələr üzrə miqdarı və 1 kiloqramının orta gömrük dəyəri (ölkəyə giriş qiyməti) aşağıdakı kimi olub:
Rusiya – 824 ton 100 kq (1,60 dollar);
Türkiyə – 510 ton 290 kq (1,68 dollar);
Qazaxıstan – 266 ton 530 kq (1,28 dollar);
Almaniya – 106 ton 620 kq (2,35 dollar);
Vyetnam – 93 ton 970 kq (1,07 dollar);
Ukrayna – 41 ton 370 kq (2,24 dollar);
Portuqaliya – 40 ton 720 kq (1,72 dollar);
Belarus – 29 ton 800 kq (1,49 dollar);
İran – 18 ton 290 kq (0,88 dollar);
İtaliya – 11 ton 500 kq (3,61 dollar);
Özbəkistan – 10 ton 290 kq (1,04 dollar);
Birləşmiş Ərəb Əmirlikləri – 6 ton 730 kq (1,82 dollar);
Bolqarıstan – 6 ton 290 kq (1,70 dollar);
Gürcüstan – 4 ton 160 kq (0,99 dollar);
Türkmənistan – 2 ton 170 kq (1,24 dollar);
Niderland – 1 ton 10 kq (4,25 dollar);
Böyük Britaniya – 1 ton 360 kq (16,39 dollar);
İsrail – 130 kq (2,54 dollar);
Misir – 180 kq (4 dollar);
Polşa – 20 kq (9,50 dollar);
İspaniya – 10 kq (8 dollar).
Məlumat üçün onu da qeyd edək ki, hazırda ölkənin pərakəndə satış mağazalarında satılan idxal ketçuplar gömrük dəyərindən dəfələrlə yüksək satılır. Məsələn, Türkiyədən idxal olunan ketçupun 1 kiloqramın orta gömrük dəyəri 1,68 dollar (2,86 manat) olduğu halda, marketlərdə təxminən 13-14 manata satılır. Bundan başqa Almaniydan idxal olunan ketçupların marketlərdə orta satış qiyməti təxminən 14-15 manat təşkil edir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz