Nazir: “Qərara gəlmişik ki, “Qatar Airlines” Azərbaycana uçuşları artırsın”

“Qətər və Azərbaycan arasında münasibətlər gündən-günə inkişaf edir”. Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov qatarlı həmkarı Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, görüşdə Qətərlə Azərbaycan arasında ikitərəfli münasibətlərə, o cümlədən iqtisadi əlaqələrin inkişafına toxunulub: "Böyük planlarımız var. Bu gün hökumətlərarası iqtisadi komissiyanın iclası olacaq. Biz qərara gəlmişik ki, fevral ayında iqtisadi əlaqələri daha da intensivləşdirək. Biz Körfəz ölkələri ilə güclü əməkdaşlıq qururuq. Ola bilsin ki, bu yay Bakıda Körfəz ölkələri xarici işlər nazirləri ilə görüş oldu”. E. Məmmədyarov Qətər və Azərbaycan arasında turizm sahəsində əlaqələrin inkişafı üçün böyük imkanlar olduğunu söyləyib: “Bu ölkədən Azərbaycana gələn turistlərin sayı gündən-günə artır. Qərara gəlmişik ki, “Qatar Airlines” Azərbaycana uçuşlarını artırsın”.APA

DİGƏR XƏBƏRLƏR

Top