
Fransa Prezidenti Emmanuel Makron amerikalı aktyor Robert De Niro və rejissor Martin Skorsezeni “Fəxri Legion” ordeni ilə təltif edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ouest-France” qəzeti məlumat yayıb.
Məlumata görə, “Villa Albertin” mədəniyyət mərkəzində keçirilən mərasimdə De Niroya bu ordenin Zabiti, Skorsezeyə isə eyni ordenin Böyük Zabiti rütbəsi verilib.
Nəşrin məlumatına görə, incəsənət xadimləri vizual incəsənətə və müstəqil audiovizual yaradıcılığa sadiqliklərinə görə təltif olunublar.
Aktyor Leonardo DiKaprio da mərasimdə iştirak edib.
Qeyd edək ki, hər iki kino xadimi illər əvvəl bu ordenlə təltif olunublar. Belə ki, Robert De Niro hələ 1997-ci ildə, Martin Skorseze isə 1998-ci ildə ordenin Kavaleri elan edilib.
Skorseze həmçinin 2005-ci ildə bu ordenin Zabiti rütbəsini alıb.
Tətbiqimizi yükləyə bilərsiniz