
Xəbər verdiyimiz kimi, 12-ci Bakı Beynəlxalq Kitab Sərgisinin təşkili xidmətləri Mədəniyyət Nazirliyi tərəfindən “RR Travel Company” MMC-yə (VÖEN – 1305786331) həvalə olunub və bu iş üçün 335 min 313 manat 52 qəpik ayrılıb.
Yeniavaz.com xəbər verir ki, kitab sərgisinin keçiriləcəyi günlərdə “RR Travel Company” MMC 515 nəfər üçün qidalanma xidməti də göstərəcək.
Qeyd olunur ki, Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində 200 nəfər üçün ziyafət veriləcək, həmçinin 45 nəfərin 7 gün ərzində (cəmi 315 nəfər) qidalanması təmin ediləcək.
Məlumat üçün bildirək ki, 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi zamanı təqdim olunacaq qida çeşidləri aşağıdakı kimi olacaq:
Dana ruleti
Assorti kabablar
Balıq yeməkləri
Tərəvəzli, soya souslu toyuq
Toyuq ləvəngi
Toyuq bud dibi izqara
Sobada dana lülə
Şüyüdlü plov
Qaymaqlı toyuq
Kartof alma dilimləri
Düşbərə
Mərci şorbası
Yayla şorbası
Pendirli çoban salatı
Mimoza salatı
Toyuq salatı
Sezar salatı
Rəndələnmiş yerkökü
Pomidor dilimləri
Xiyar dilimləri
Kahı
Ağ pendir dilimləri
Limon dilimləri
Qatıq
Qarışıq turşu (pomidor, xiyar, kələm, bibər)
Göyərti çeşidləri (keşniş, şüyüd, nanə, reyhan, cəfəri və s.)
Ballı-qozlu tort dilimi
Meyvəli mini tartalet
Şəkərparə
İslak keks
Almalı piroq
Qazlı və qazsız su, meyvə şirələri, çay
Qara baton, kəpəkli baton, mini ağ roll, kürə çörəyi.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz