
Azərbaycanda kənd təsərrüfatı, tikinti, ticarət, logistika, obyektlərin icarəsi və istismarı istiqamətində fəaliyyət göstərən tanınmış şirkətlər qrupuna – “RR Group of Companies” MMC-yə (VÖEN – 1502392011) bağlı olan “RR İnşaat” MMC-nin (VÖEN – 1501776111) və “R+R Compani” MMC-nin (VÖEN – 1401007181) dövlət büdcəsinə böyük həcmdə vergi borcu yaranıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “RR İnşaat” MMC-nin 22 sentyabr 2026-cı il tarixinə olan vergi borcu 204 min 381 manat 66 qəpik, “R+R Compani” MMC-nin vergi borcu isə 3 min 130 manat 20 qəpik təşkil edir.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 40 manat olan “RR İnşaat” MMC-nin qanuni təmsilçisi Əsgərov Rüstəm İbrahim oğlu, nizamnamə kapitalı 20 manat olan “R+R Compani” MMC-nin qanuni təmsilçisi isə Quliyev Fizuli Əli oğludur. “RR İnşaat” MMC və “R+R Compani” MMC ilə eyni hüquqi ünvanda – “Nərimanov rayonu, Qədim İrəvani, ev 9”da yerləşən “RR Group of Companies” MMC-nin qanuni təmsilçisi Əliyev İlham Zakir oğludur.
Şirkətin rəsmi saytında qeyd olunur ki, qrupun təsisçisi Rafiq Qarayevdir. İdarə heyətinin üzvü kimi “RR İnvestment” MMC-nin (VÖEN – 5101066671) direktoru Quliyev Fizuli Əli oğlu ilə “Qarabağ Aqro 44” MMC-nin (VÖEN – 3201617231) direktoru Qarayeva Taliyyə İbrahim qızı göstərilir.
Adı keçən iki şirkətin hüquqi ünvanı Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşir. 2 il əvvəl “Qarabağ Aqro 44” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Bildirilib ki, müəssisədə ət və ət məhsulları istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 1,4 milyon manat olan müəssisədə 20 nəfər işlə təmin ediləcək.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz