
ABŞ-nin San-Fransisko şəhərində Ceyms Kameronun eyniadlı filmindəki “Terminator” modelində hazırlanmış robotla bloqer Frenki Lapenna arasında döyüş baş tutub.
Yeniavaz.com xəbər verir ki, döyüş REK şirkəti tərəfindən təşkil edilib və qarşılaşmanın görüntüləri onların “X-Force” sosial şəbəkə hesabında yerləşdirilib.
Döyüş zamanı iştirakçılar bir-birlərinə zərbələr endiriblər.
Ancaq döyüş o qədər də uzun sürməyib. Boyu 180 santimetrdən bir qədər çox olan robot Lapennanı sinəsindən güclü bir zərbə vuraraq, yerə yıxıb.
İnsan-robot qarşıdurmasının videosu qısa bir vaxtda viral olub. Təşkilatçılar gələcəkdə də oxşar tədbirlər keçirməyi planlaşdırırlar.
Tətbiqimizi yükləyə bilərsiniz