Bu gün 1,6 milyon şagird təhsilə başladı


15 sentyabr Azərbaycanda Bilik Günü kimi qeyd olunur.
Yeniavaz.com
xəbər verir ki, yeni tədris ilinin ilk dərsləri bu il “Şəhərsalma və Memarlıq İli”nə həsr ediləcək.
2026-2027-ci tədris ilində 124 min şagird ilk dəfə məktəbə qədəm qoyaraq I sinifdə təhsilə başlayacaq.
Ümumilikdə isə 1,6 milyon şagird ümumi təhsil müəssisələrində təhsilini davam etdirəcək. Onların təlim və tərbiyəsi ilə 121 642 müəllim məşğul olacaq.
İşğaldan azad edilmiş ərazilərin bərpası və əhalinin həmin ərazilərə qayıdışı çərçivəsində də təhsil infrastrukturu genişləndirilir. Belə ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 4 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayacaq.
Yeni tədris ilində rəqəmsal təhsilin imkanları da genişləndirilir. Hazırda 550-dən çox təhsil müəssisəsində “Rəqəmsal məktəb” platformasından istifadə olunur.
Bundan başqa, son dövrdə 850-dən çox təhsil müəssisəsi yenilənib, 15 yeni təhsil müəssisəsi isə istifadəyə verilib.

DİGƏR XƏBƏRLƏR

Top