Vuçiç istefa verəcək – Tarix məlum oldu


Serbiya Prezidenti Aleksandr Vuçiç 27 sentyabrda istefa verəcəyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “TV Pink” telekanalında bildirib.
Vuçiç istefa verdiyi axşam ölkə vətəndaşlarına müraciət edəcəyini və onlara dəstəklərinə görə təşəkkür edəcəyini qeyd edib.
Qeyd edək ki, iyun ayının sonunda Vuçiç tezliklə istefa verəcəyini, dövlət başçısı və parlament üzvləri üçün erkən seçkilər təyin edəcəyini və növbədənkənar parlament seçkilərinə adi vətəndaş kimi hazırlaşacağını açıqlayıb. 9 sentyabrda isə Vuçiç parlamentin buraxılması və parlament seçkilərinin tarixinin 25 oktyabra təyin edilməsi barədə fərmanlar imzalayıb.
Xatırladaq ki, bundan əvvəl hakim Serbiya Proqressiv Partiyasının sədri Miloş Vuçeviç Vuçiçin qarşıdan gələn parlament seçkilərində partiyanın siyahısına rəhbərlik edəcəyini və baş nazirliyə namizəd olacağını açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top