Netanyahu ABŞ-yə gedir – Tarix məlum oldu


İsrail Baş naziri Binyamin Netanyahu sentyabrın 23-dən 25-dək Nyu-Yorka səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisi məlumat verib.
Məlumata görə, Netanyahu Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının növbəti sessiyasının tədbirlərində iştirak edəcək.
Qeyd edək ki, bundan əvvəl Nyu-York şəhərinin meri Zöhran Mamdani bildirmişdi ki, Nyu-York Şəhər Hüquq Departamenti sentyabr ayında BMT Baş Assambleyasına səfər edəcəyi təqdirdə Netanyahunun Beynəlxalq Cinayət Məhkəməsinin (BMC) orderi ilə həbs olunması ehtimalını araşdırır. Buna cavab olaraq isə ABŞ Prezidenti Donald Tramp Netanyahunun ABŞ-yə səfərləri zamanı heç kimin onu heç bir şəkildə saxlaya bilməyəcəyini qeyd etmişdi. Mamdani daha sonra şəhərin orderi icra etmək üçün öz qanuni səlahiyyətinin olmadığını etiraf etmişdi.
Xatırladaq ki, 2024-cü ilin noyabr ayında Beynəlxalq Cinayət Məhkəməsi (BMC) Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant üçün Qəzza münaqişəsi ilə əlaqədar müharibə cinayətləri və insanlığa qarşı cinayətlər ittihamları ilə həbs qərarı çıxarıb. İsrail və ABŞ isə məhkəmənin yurisdiksiyasını tanımadığını elan edib.

DİGƏR XƏBƏRLƏR

Top