
“İçərişəhər” stansiyasının giriş sahəsində nasaz qatar xətdən çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
“Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub”, - məlumatda bildirilib.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı metrosunda “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.
Tətbiqimizi yükləyə bilərsiniz