İnfantino FIFA seçkilərində iştirak edəcək? – Açıqladı


Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) hazırkı prezidenti Canni İnfantino təşkilatın növbəti prezident seçkilərində namizədliyini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Touchline” portalı məlumat yayıb.
“Əlbəttə ki, gələn ilki seçkilərdə namizəd olacağam. Mənim platformam və ya şüarım, əgər istəsəniz, çox sadə, lakin çox aydındır: “Futbol bütün dünyada hər kəsə məxsusdur”. Biz bunun üçün çalışırıq. Mən bunun üçün çalışıram. FİFA bunün üçün çalışır”, - o bildirib.
Qeyd edək ki, İnfantino qalmaqalı, 2026-cı il Dünya Kubokundan qısa müddət sonra hüquqların bir hissəsini üçüncü tərəf investorlara satmaq planlarını açıqladıqdan sonra baş verib. Bu, futbol ictimaiyyətində kəskin reaksiyalara və 2030-cu il Dünya Kubokunu boykot etmək də daxil olmaqla hədələrə səbəb olub.
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Asiya Futbol Konfederasiyası və Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (KONKAKAF) İnfantinonu hüquqların satılmasına yönəlmiş “FIFA Forward Enterprise” layihəsi ilə bağlı fırıldaqçılıqda ittiham edib. FIFA layihəyə qarşı tənqid və narazılıq dalğasından sonra bu ideyadan imtina edib.
Artıq bir sıra ölkələr qarşıdan gələn FIFA prezident seçkilərində İnfantinoya dəstək verməkdən imtina ediblər.
Xatırladaq ki, 56 yaşlı İnfantino 2016-cı ilin fevral ayında keçirilən fövqəladə konqresdə FİFA prezidenti seçilib. O, təşkilat daxilində çoxsaylı korrupsiya qalmaqallarından sonra istefa verən İsveçrə prezidenti Yozef Blatterin yerinə keçib. İnfantino 2019 və 2023-cü illərdə rəqibsiz yenidən seçilib. Növbəti FİFA prezident seçkiləri 2027-ci ilin mart ayında Rabatda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top